Musiqi məktəbində yubiley tədbiri

 

Sumqayıt şəhər Fikrət Əmirov adına uşaq musiqi məktəbində tar müəllimi Mübariz Əlimərdanlının 60 illik yubiley tədbiri keçirilib.

 

Məktəbin direktoru Vasif Heydərov çıxış edərək yubilyarın həyat yolundan, pedaqoji fəaliyyətindən danışıb. Qeyd olunub ki, Mübariz Əlimərdanlı 1956-cı ildə Gəncə şəhərində anadan olub. 1975-ci illərdə Sumqayıt şəhər Soltan Hacıbəyov adına Musiqi Texnikumunu tar ixtisası üzrə bitirib. Uzun illərdir pedaqoji fəaliyyət göstərir. 2004-cü ildən F.Əmirov adına uşaq musiqi məktəbində tar müəllimidir.

İntellektual səviyyəsinə, insani keyfiyyətlərinə, bilik və bacarığına görə kollektivin hörmət və rəğbətini qazanıb.

Tədbirə qatılan Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov yubilyarı təbrik edib, onu mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə fəxri fərmanla təltif edib.

Sonda söz yubilyara verilib. O, çıxış edərək göstərilən diqqətə və əməyinə verilən dəyərə görə minnətdarlığını bildirib.

Tədbirin sonunda yubilyara hədiyyələr təqdim olunub, məktəbin xalq çalğı alətləri ansamblının ifasında musiqi nömrələri səslənib.

 

Mədəniyyət.- 2016.- 10 fevral.- S. 15.