Azərbaycanın daxili turizm imkanları

 

Yerli və beynəlxalq turizm marşrutları müstəvisində

 

Turizm ölkələrin büdcə gəlirlərinin formalaşmasında nə qədər önəm daşıyırsa, mədəniyyətin, tarixi irsin təbliği və tanıdılmasında da bir o qədər vacib rol oynayır. Bu baxımdan ölkəmizdə də mühüm layihələr həyata keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi əsas tədbirlərdən biri də beynəlxalq mədəni və yerli turizm marşrutları vasitəsilə Azərbaycan turizminin dünya turizm bazarına inteqrasiyasını təmin etməkdir.

 

Yerli turizm marşrutları

 

Azərbaycanda turizmin inkişafını sürətləndirmək, ölkənin daxili turizm potensialının təbliği məqsədilə 2003-cü ildə Gənclər, İdmanTurizm Nazirliyi tərəfindən bölgələr üzrə yeddi turizm marşrutu müəyyənləşdirilib. Bunlardan 4-ü əsas, 3-ü əlavə marşrut hesab edilir. Əsas turizm marşrutları Bakı-Xaçmaz, Bakı-Balakən, Bakı-Astara və Bakı-Qazax, əlavə marşrutlar isə Bakı-Abşeron yarımadası, Bakı-Dağlıq Qarabağ, Bakı-Naxçıvandır. 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyi təşkil edildikdən sonra bu sahədə işlər daha ardıcıl şəkil alıb. Marşrutlar üzərində bölgələrə hansı turizm növünü inkişaf etdirmək mümkündürsə, o istiqamətdə müvafiq işlər həyata keçirilir. Ölkə ərazisində arxeoloji turlar, atçılıq, safari avto-tur, xalça turu kimi marşrutlar da turistlərin marağına səbəb olur.

Arxeoloji turizm marşrutların həyata keçirilməsinin əhəmiyyətinə diqqəti çəkən Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Seymur Həsənov deyir ki, bu marşrutlar Azərbaycanın qədim tarixinin tanıdılması və təbliğinə yönəlib. Xarici turistlər daha çox tarixi yerləri, arxeoloji abidələri görmək istəyirlər. Bu səfərlər “İçərişəhər” qoruğunaQala Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiya ilə başlayır. Sonra qonaqlar Qobustandakı Diri Baba türbəsi, Şamaxıda yerləşən Yeddi Günbəz türbələr kompleksi, Orta əsr Ağsu şəhəri və Tovuz rayonundakı Göytəpə Neolit dövrü yaşayış məskəninə, həmçinin bu marşrut üzərində yerləşən digər tarixi abidələrə ekskursiya edirlər.

Sektor müdiri bildirir ki, ayrı-ayrı turizm marşrutlarının işləklik səviyyəsi mövsümə görə də dəyişir. Qış mövsümündə dağ-xizək və ovçuluq istiqamətli turizm sahələri daha çox işlək olur. Sağlamlıqla bağlı turist səfərləri isə mövsümdən asılı olmayaraq həmişə aktualdır.

Həyata keçirdikləri turizm marşrutları haqqında məlumat verən “Baku Travel & Tourism” şirkətinin icraçı direktoru Əziz Şiriyev əcnəbi qonaqlara Azərbaycanı daha dərindən tanıtmağa, onlarda ölkəmiz barədə zəngin təəssürat yaratmağa çalışdıqlarını deyir:Bu gün ölkəmizdə həyata keçirilən turizm marşrutları üzrə fəaliyyət göstəririk. Həm Mədəniyyət və Turizm Nazirliyi tərəfindən elan olunan marşrutlar, həm də turizm şirkətləri tərəfindən nazirliklə razılaşdırılan digər marşrutlar üzrə səfərlər yüksək səviyyədə həyata keçirilir. Deyə bilərəm ki, xarici turistlər daha çox İçərişəhər, Lahıc və Xınalıq kimi tarixi yerləri görmək istəyirlər. Həmçinin qonşu ölkələrdən, xüsusilə Rusiya və Qazaxıstandan gələn turistlər müalicə məqsədilə də çox müraciət edirlər”.

Daha çox ekstrimadrenalin həvəskarları üçün turlar təşkil edən “ExtremMMC-nin direktoru Cəmilə Abdullayeva bu sahədə ölkəmizdə böyük perspektivin olduğunu bildirir: “Bizə həm yerli, həm də xarici turistlər müraciət edir. Bir qədər bahalı olan safari avto-turların təşkili Bakı, Qəbələ, Quba, Qobustan, Şabran istiqamətində həyata keçirilir. Bu turlarda da ölkəmizin tarixi yerləri turistlərə nümayiş olunur. Bu cür turların əhəmiyyəti həm də ondan ibarətdir ki, turistlər çətin yol şəraiti olan abidələrlə də tanış olurlar. Məsələn, Xınalıqda yerləşən bəzi tarixi abidələrə, Qobustanda olan palçıq vulkanlarını ziyarət etmək üçün adi maşınların əraziyə çıxması çətinlik yaradır. Amma biz xüsusi avtomobillərlə həmin turizm əhəmiyyətli yerləri görmək üçün turistlərimizə xidmət edirik”.

 

Beynəlxalq turizm marşrutları

 

Yerli turizm marşrutlarından fərqli olaraq beynəlxalq turizm marşrutları ikidaha çox ölkəni əhatə edirturizm sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığı inkişaf etdirir. Bu marşrutlar sayəsində bölgələrimiz beynəlxalq səviyyədə təbliğ olunur. Bu sırada “Böyük İpək Yolu”, “Şərab, mədəniyyət və turizm mübadiləsi”, “Aleksandr Düma Qafqazda”, “Azərbaycanda alman məskənləri” və “Yəhudi irsi üzrə Avropa marşrutu” layihələri qeyd etmək olar.

Nazirliyin sektor müdiri Seymur Həsənov bu turizm marşrutlarında iştirakın ölkəmizə gələn turistlərin sayının artmasına və çoxçeşidli turizm məhsulunun yaradılmasına xidmət etdiyini deyir. “Azərbaycanda alman məskənləri” və “Yəhudi irsi üzrə Avropa marşrutu” layihələri həm də ölkəmizdə tarixən mövcud olan multikulturalizm mühitinin tanıdılmasına da əlavə zəmin yaradır.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2016.- 10 fevral.- S. 9.