Xarici aviaşirkətlər ölkəmizə aşağı büdcəli reyslər aça bilər

 

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) tərəfindən Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İsrail və digər ölkələrin aviaşirkətləri ilə sərnişin daşımaları üzrə daha sıx əməkdaşlıq üçün danışıqlar aparılır.

AZAL-ın mətbuat xidmətindən bildirilib ki, Azərbaycanın regionlarından digər ölkələrin məşhur istiqamətlərinə reyslərin həyata keçirilməsi məsələsi gündəlikdədir. İstanbuldan Qəbələ və Lənkəran hava limanlarına türk aviaşirkətləri “Pegasus” və “Atlasjet” tərəfindən uçuşların yerinə yetirilməsi məsələsi müzakirə olunur.

Həmçinin, “Air Arabia” büdcə aviaşirkəti Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərindən Bakı, Qəbələ və Azərbaycanın digər regionlarına birbaşa reyslər aça bilər. İsrailinEl Al” və “Arkia” aviaşirkətlərinin Təl-Əvivdən Bakıya birbaşa reyslər açmaq niyyəti var. Rusiyanın “UTair” və “Ural Hava Yolları” aviaşirkətlərinin nümayəndələri Lənkəran və Gəncə hava limanlarında aviasiya təhlükəsizliyinin təşkili və xidmət səviyyəsini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, hazırda “Türk Hava Yolları” İstanbuldan Naxçıvan və Gəncəyə, “UTairMoskvadan Naxçıvana, “Ural Hava Yolları” Moskvadan Gəncə, Lənkəran və Qəbələyə uçuşlar həyata keçirir. Bir neçə rus aviaşirkəti Sankt-Peterburq, Yekaterinburq və Novosibirskdən Azərbaycanın regional hava limanlarına uçuşlar həyata keçirmək niyyətlərini bildiriblər.

Hazırda Azərbaycanda beynəlxalq statusa malikmülki aviasiya sahəsində bütün müasir tələblərə cavab verən 6 hava limanı (Bakı, Naxçıvan, Gəncə, Qəbələ, Lənkəran və Zaqatala) fəaliyyət göstərir.

 

Mədəniyyət.- 2016.- 10 fevral.- S. 8.