Firəngiz Əlizadənin musiqilərinin dünya premyerası

 

Amerika Birləşmiş Ştatlarında və Almaniyada

 

ABŞ-ın San-Fransisko şəhərində Kronos festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin “Rəqs” əsərinin premyerası keçirilib.

 

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan bildirilib ki, məşhur “Kronoskvarteti tərəfindən ifa edilən əsər tamaşaçıların gurultulu alqışları ilə qarşılanıb.

Kvartetin “Gələcək üçün əlli” adlı eksklüziv proqramı üçün bəstələnən əsər Azərbaycanda qədim zamanlardan nəsillərdən nəsillərə ötürülərək bu günümüzə qədər gəlib çatan müxtəlif rəqs ritmlərini özündə təcəssüm etdirir.

San-Fransisko Caz Mərkəzində keçirilən konsertdə iştirak edən ölkəmizin Los-Ancelesdəki baş konsulluğunun əməkdaşı Ramin Əliyev Azərbaycan musiqisinə və mədəniyyətinə göstərdikləri yüksək diqqətə görə musiqiçilərə və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

Qeyd edək ki, 1973-cü ildə David Harringtonun rəhbərliyi ilə ABŞ-ın Sietl şəhərində yaradılan “Kronoskvarteti fəaliyyətini 1978-ci ildən San-Fransiskoda davam etdirir. Ötən müddətdə qrup bir sıra mükafatlara, həmçinin musiqi üzrə ən nüfuzluQremmi” mükafatına layiq görülüb.

* * *

Firəngiz Əlizadənin musiqisi Almaniyanın Leypsiq şəhərində “Leypsiq müasir musiqi forumu” tərəfindən təşkil edilən və dünyanın ən böyük birgə bəstəsi olan “125 Party Pieces” adlı konsert proqramında da səslənib.

Konsert proqramına daxil olan musiqilər Qerhard Müller-Qoldbumun rəhbərliyi ilə “Work in progress - Berlin” orkestri tərəfindən ifa olunub.

Müasir avanqard janrının tanınmış nümayəndəsi, amerikalı bəstəkar filosof Con Keycin 100 illiyinə həsr olunmuş layihədə ABŞ Almaniyanın 100 bəstəkarı iştirak edib.

Layihəyə hazırlıq 2010-cu ildən başlanıb bununla əlaqədar Almaniya ABŞ-da yaşayan tanınmış bəstəkarlara müraciət edilib. Layihənin ABŞ üzrə təqdimatı 2015-ci ildə Nyu-York şəhərində, Avropa üzrə təqdimatı isə bu ilin yanvarında Leypsiq şəhərində keçirilib. Bütün dünya üzrə bu layihə üçün seçilən 100 bəstəkarın sırasında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun “Sülh artistifəxri adının daşıyıcısı, professor Firəngiz Əlizadə var. Bəstəkar bu möhtəşəm layihənin Avropa premyerasında iştirak edib.

Yeri gəlmişkən, Almaniyanın Coburg şəhərindəLandestheatersəhnəsində 2015-ci ilin noyabrından Volfqanq Amadey Motsart, Con Lennon, Pol Makkartni azərbaycanlı bəstəkar Firəngiz Əlizadənin bəstələrindən ibarətGizli hadisələradlı balet təqdim edilir. Orijinallığı ilə seçilən balet parlaq cərəyanların birləşməsi olaraq hazırlanıb.

Gizli hadisələrbaletinin nümayişində professor Firəngiz Əlizadə fəxri qonaq kimi iştirak edib. Baletin nümayişindən sonra Firəngiz Əlizadə tamaşaçılara təqdim edilib gurultulu alqışlarla qarşılanıb. Azərbaycanlı bəstəkardan gələcək layihələrdə əməkdaşlığı davam etdirməsi xahiş olunub.

 

Mədəniyyət.- 2016.- 10 fevral.- S. 6.