Arşın mal alanRusiyada...

 

Moskvada filmin nümayişi, Yakutiyada operettanın məşqi

 

Rusiya Kinematoqrafçılar İttifaqının Moskvadakı Kino Evində dahi Üzeyir Hacıbəylinin ölməz əsəri əsasında çəkilmişArşın mal alanfilminin 70 illiyi münasibətilə təntənəli gecə keçirilib.

Gecədə Rusiya Kinoşünaslar Kino Tənqidçiləri Gildiyasının prezidenti Kirill Razloqov Rusiya Azərbaycan kino ustalarının əməkdaşlığından söhbət açıb, kino sənətimizin incisi sayılanArşın mal alanfilminin dünya kinosunda xüsusi yerini vurğulayıb.

Filologiya elmləri doktoru, professor Abuzər Bağırov iştirakçılara Üzeyir Hacıbəylinin həyat yaradıcılığı barədə ətraflı məlumat verib.

SonraArşın mal alanoperettasının 1945-ci ildə görkəmli sənətkarlar Rəşid Behbudov, Leyla Bədirbəyli, Lütfəli Abdullayev, Münəvvər Kələntərli başqalarının iştirakı ilə çəkilmiş kino versiyası tamaşaçılara təqdim olunub.

* * *

Yakutiya Dövlət Estrada Teatrında isə “Arşın mal alan” operettasının premyerası hazırlanır. Rusiya mediasının məlumatına görə, böyük Azərbaycan bəstəkarının operettasını yakut dilinə nəğməkar şair Viktor Xon Omuk Uola tərcümə edib. Tamaşanın rejissoru, Yakutiya-Saxa Respublikasının Əməkdar artisti Vladlena Burnaşovadır.

 

Mədəniyyət.- 2016.- 10 fevral.- S. 6.