TÜRKSOY 2016-cı iliYusif Has Hacib ilielan edib

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY türk-islam tarixinin böyük şairi, alimi mütəfəkkiri Yusif Əli Hacibin (Yusif Balasaqunlu) anadan olmasının 1000 illiyi münasibətilə 2016-cı iliYusif Has Hacib ilielan edib.

Türk-islam tarixi mədəniyyəti baxımından son dərəcə önəmli olanKutadqu bilik” (“Xoşbəxtlik verən bilik”) siyasətnaməsinin müəllifi olan böyük mütəfəkkirin təvəllüdü həyatı haqqında məlumatlar olduqca azdır. Onun 1016-1017-ci illərdə Qaraxanlı dövlətinin (Orta Asya Şərqi Türküstan torpaqlarında mövcud olmuş türk dövləti) Balasaqun şəhərində anadan olduğu, 1069-1070-ci illər arasında vəfat etdiyi təxmin edilir.

Yusif Has Hacib ili”nin açılış mərasimi fevralın 19-da TÜRKSOY, Qırğızıstanın Elm, Mədəniyyət Turizm Nazirliyi, Qırğızıstanın Ankaradakı səfirliyi Türk Dünyası Bələdiyyələr Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək. Mərasimdən sonra TÜRKSOY-un Əl-Fərabi adına Qazax Milli Universitetinin işbirliyi ilə beynəlxalq Yusif Has Hacib simpozimu təşkil olunacaq. Xatirə ili çərçivəsində TÜRKSOY-a üzv ölkələrdə bir sıra tədbirlər nəzərdə tutulub.

 

Mehparə Sultanova

Ankara

 

Mədəniyyət.- 2016.- 10 fevral.- S. 5.