Elektron resursların işlənməsinə dair xidmətlərin təqdimatı

 

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Elektron resursların işlənməsi” mövzusunda “EBSCO” məlumat bazası xidmətlərinin təqdimatı və bu bazanın elektron resurslarından istifadə qaydalarının öyrənilməsinə həsr olunmuş tədbir keçirilib.

“EBSCO” şirkətinin (ABŞ) çexiyalı nümayəndəsi İrina Kreyçarova təqdimatla çıxış edib. Bildirilib ki, şirkət aparıcı nəşriyyatların elmi resurslarının ən böyük əlaqələndiricisidir. “EBSCO” təkcə ABŞ-danAvropadan deyil, dünyanın müxtəlif yerlərindən nəşrlərin elektron variantlarını oxuculara təqdim edir. Burada materiallar ingilis, fransız, ispan, alman, italyan digər dillərdə yerləşdirilir.

Tədbirdə region ölkələrindən alim tədqiqatçıların “EBSCO” ilə əməkdaşlığından danışılıb, “EBSCO Discovery Service”in texnoloji xüsusiyyətləri, bazanın axtarış sisteminin prinsipləri nümayiş etdirilib.

 

Mədəniyyət.- 2016.- 10 fevral.- S. 3.