“Azərbaycan əlyazmaları dünya kitabxanalarında”

 

Bu ilin oktyabr ayında Azərbaycan əlyazmalarının dünyada tanıdılması və təbliği məqsədilə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda beynəlxalq elmi konfrans keçiriləcək. Bu haqda institutdan bildiriblər.

“Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzulu konfransda iştirak etmək istəyənlər məqalə və tezislərini 15 iyun 2016-cı il tarixinədək konfrans.elyazma@mail.ru elektron poçt ünvanına göndərə bilərlər. Təqdim edilən tezislərin həcmi 2, məruzələrin mətni isə 5 səhifədən çox olmamalıdır.

 

Mədəniyyət.- 2016.- 12 fevral.- S. 10.