Bakı Xoreoqrafiya Akademiyasına təşəkkür məktubu

 

Xəbər verildiyi kimi, azərbaycanlı baletmeyster, Bakı Xoreoqrafiya Akademiyasının məzunu Eldar Əliyev Rusiyanın Mariinski Teatrının (Sankt-Peterburq) Primorsk səhnəsinin balet truppasının rəhbəri, baş baletmeysteri təyin edilib. Bu münasibətlə Bakı Xoreoqrafiya Akademiyasının (BXA) rəhbərliyi həmvətənimizi təbrik edib. Təbriklə bağlı BXA-nın rektoru, professor Timuçin Əfəndiyevə təşəkkür məktubu göndərən Eldar Əliyev məzunu olduğu tədris ocağının yeni status (akademiya) almasından məmnunluğunu ifadə edibakademiya ilə sıx yaradıcılıq əlaqələrini davam etdirəcəyini vurğulayıb.

Qeyd edək ki, Eldar Əliyev Bakı Xoreoqrafiya Məktəbini və Vaqanova adına Rus Balet Akademiyasının pedaqoji şöbəsini bitirib. 1979-1992-ci illərdə Mariinski Teatrının aparıcı solisti olub. 1992-ci ildən ABŞ-daBallet Internationale” truppasında çalışıb, sonra bu kollektivin bədii rəhbəri olub. Praqa, Seul, Nyu-York və Pekində beynəlxalq balet artistlərinin müsabiqəsinin münsiflər heyətində yer alıb, 2014-cü ildə Varnada balet aktyorları müsabiqəsi münsiflər heyətinin sədr müavini olub.

 

Mədəniyyət.- 2016.- 12 fevral.- S. 5.