Xalq şairinin 85 illiyi qeyd edilib

 

Dumanlar arxasında itməyə məhkum olan gözəlliyin xəyalını şeirlərə nəqş edən Xalq şairi Nəriman Həsənzadə. Həyatının hər anını yaradıcılığa həsr edən böyük qəlbli şairin əsərləri oxucular tərəfindən böyük maraqla qarşılanır.

Bu günlərdə Ağsu rayon Mərkəzi kitabxanasında görkəmli şair-dramaturq Nəriman Həsənzadənin 85 illiyinə həsr olunmuş tədbir təşkil edilib. Tədbiri giriş sözü ilə açan ədəbiyyat müəlliməsi Yeganə Cəlilova ədibin yaradıcılığı haqqında ətraflı məlumat verib, əsərlərinin ideya-sənətkarlıq məziyyətlərindən danışıb. Sonra şairin əsərlərindən örnəklər səsləndirilib.

Sonda şairin həyat və yaradıcılığına həsr olunmuş videoçarxakitab sərgisinə baxış olub.

 

Mədəniyyət.- 2016.- 12 fevral.- S. 5.