Mədəniyyət və turizm naziri vətəndaşları qəbul edib

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fevralın 10-da Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmiş vətəndaşları qəbul edib. Nazirlikdə belə qəbullar mütəmadi olaraq həyata keçirilir.

Budəfəki qəbul zamanı bir sıra xahiş və təkliflərə baxılaraq həll olunması üçün aidiyyəti üzrə müvafiq göstərişlər verilib.

Vətəndaşlar tərəfindən bir sıra tarix və mədəniyyət abidələrinin bərpası, yeni ev-muzeyinin yaradılması, yeni kitabların nəşr olunması, işlə təmin olunma kimi məsələlərlə bağlı müraciətlər edilib.

 

Mədəniyyət.- 2016.- 12 fevral.- S. 4.