Milli Ensiklopediyanın 50 illiyinə dair tədbirlər planı təsdiqlənib

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin fevralın 10-da keçirilən iclasında Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinə dair tədbirlər planı müzakirə olunub.

Akademiyadan bildiriblər ki, Prezident İlham Əliyevin 2015-ci il 24 noyabr tarixli sərəncamına əsasən AMEA, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirilmək tapşırılıb.

AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyev bununla bağlı işçi qrupun yaradıldığını bildirib. Əlaqədar təşkilatların iştirakı ilə hazırlanan tədbirlər planı rəyasət heyətinə təqdim edilibqurumun qərarına əsasən təsdiqlənib.

 

Mədəniyyət.- 2016.- 12 fevral.- S. 4.