Musiqili Teatrın direktoru beynəlxalq müsabiqənin münsiflər heyətində

 

Bu ilin mayında Rusiyanın Yekaterinburq şəhərində gənc vokalçıların və operetta ifaçılarının SSRİ Xalq artisti Vladimir Kuroçkin adına VI beynəlxalq müsabiqəsi keçiriləcək. Müsabiqənin təşkilat komitəsi Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevə dəvət məktubu göndərərək onun müsabiqənin münsiflər heyətinə üzv seçildiyini bildirib.

Müsabiqə Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Rusiya Teatr Xadimləri İttifaqı, Musiqili Teatrların Beynəlxalq Assosiasiyası və digər qurumların təşkilatçılığı ilə reallaşacaq. Dünyanın bir sıra musiqili teatr sənətçilərinin də daxil olduğu münsiflər heyətinin rəhbəri Rusiyanın Xalq artisti, dünya şöhrətli vokalçı və aktyor Viktor Krivonosdur.

Operettamüzikl çərçivəsində “Vokal və səhnə sənəti” nominasiyasında keçiriləcək müsabiqəyə Rusiyadanxarici ölkələrdən 35 yaşadək olan gənclər qatıla biləcəklər. Müsabiqə mayın 16-dan 21-dək Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrında keçiriləcək.

 

Mədəniyyət.- 2016.- 12 fevral.- S. 4.