İçərişəhərdə “Abşeron küləkləri”

 

Fevralın 11-də İçərişəhərdəki “Natəvan” rəsm qalereyasında müasir rəngkarlıq əsərlərindən ibarət “Abşeron küləkləri” adlı sərginin açılışı keçirildi. Sərgidə Abşeron mövzusuna həsr olunmuş əsərlər nümayiş olunur.

Abşeron təbiəti, gilavarı, xəzrisi ilə həmişə rəssamların ilham qaynağı olub. Bu baxımdan sərgilənən rəsmlərdə yalnız Abşerona aid rənglər diqqəti çəkirdi. Təqdim edilən əsərlər kiçik salonda sanki yarımadanın sakit və çılğın ruhunu, obrazını yarada bilmişdi.

Sərgidə Könül İsmayılovanın “Xəzər”, Rəhim Haşimovun “Xatirələr”, “Şüvəlan”, Vəfa Əhmədovanın “Mənzərə”, Mirazər AbdullayevinOğlan və külək”, Elşən İbrahimovunAbşeron bağları”, Vüqar Əlinin “Abşeron”, Əşrəf Heybətovun “Nar mövzusu”, Xanlar MəmmədovunYay natürmortu”, İntiqam Ağayevin “Mənzərə”, Günel Ravilovanın “Şəhərin ruhu”, Zöhrab Salamzadənin “Köhnə şəhərin sakit gecəsi”, Əsgər Əsgərovun “Küləkli şəhər”, Səbinə Abdullayevanın “Xurma ağacı” əsərləri nümayiş olunur.

Mədəniyyət və Turizm Nazirliyi və “Arts Council Azerbaijan” təşkilatının düzənlədiyi sərgi fevralın 18-dək davam edəcək.

 

Soltan

 

Mədəniyyət.- 2016.- 12 fevral.- S. 2.