Bir nəslin dörd fəsli” kitabının təqdimatı

 

Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə bir qrup şair və yazıçı Göyçay şəhərində Xalq şairi Rəsul Rzanın ev-muzeyini ziyarət edib. Tədbir iştirakçıları şairin büstü önünə gül dəstələri qoyublar, yaradıcılığından söz açıblar.

Sonra Əməkdar müəllim, yazıçı-publisist Səxavət Tağların “Bir nəslin dörd fəsli” kitabının təqdimat mərasimi olub. Yazıçılar Birliyi Aran bölməsinin rəhbəri Sərvaz Hüseynoğlu, Rəsul Rzanın ev-muzeyinin direktoru Solmaz Həsənova, şair-yazıçılardan Valeh Bahaduroğlu, Sədaqət Vəlioğlu və digər çıxış edənlər kitabın məziyyətlərindən danışıblar. Məktəblilər Rəsul Rzanın şeirlərindən nümunələr söyləyiblər.

Sonda Səxavət Tağlar tədbirin keçirilməsində əməyi keçənlərə təşəkkürünü bildirib.

 

Mədəniyyət.- 2016.- 17 fevral.- S. 11.