Sumqayıtda özfəaliyyət kollektivlərinin hesabat konsertləri

 

Sumqayıt şəhər Nəriman Nərimanov adına Mədəniyyət mərkəzində “Gənclik” diyarşünaslıq klubunun özfəaliyyət kollektivinin hesabat konserti keçirilib.

Konsertdə “Gənclik” instrumental ansamblının və gənc solistlər Şəbnəm Xanməmmədova, Mahir Mehdiyev, Leyla Məmmədova, Vilayət Rəhimov, Asəf Abdullayev, Samir Şirvaninin ifasında xalq və bəstəkar mahnıları, eləcə də İlham Həsənovun ifasında səslənən şeirlər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov sakinlərə bəxş etdiyi xoş ovqata görə kollektivə təşəkkür edib, uğurlar arzulayıb.

Sumqayıt şəhər C.Cabbarlı adına Mədəniyyət evinin də rəsm dərnəyi üzvlərinin rəsm sərgisi və özfəaliyyət kollektivinin hesabat konserti keçirilib. Konsertdə “Gənclik” instrumental ansamblının solistləri Pənah Məmmədov, Ravin Əliyev, Aqşin Mehmanoğlunun ifasında xalq və bəstəkar mahnıları, Azər Mikayılovun sazda ifası böyük maraq doğurub.

 

Mədəniyyət.- 2016.- 17 fevral.- S. 11.