Rauf Atakişiyevin 90 illiyinə həsr olunmuş musiqi gecəsi

 

Fevralın 13-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli müğənni, pianoçu, Xalq artisti, professor Rauf Atakişiyevin (1925-1994) 90 illiyinə həsr olunan yubiley gecəsi keçirildi. Gecədə rəsmi şəxslər, diplomatlar, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.

Tədbir iştirakçıları əvvəlcə filarmoniyanın foyesində sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgiyə baxdılar. Sonra Rauf Atakişiyevin sənət yolunu əks etdirən videoçarx nümayiş olundu. Yubiley gecəsi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsert proqramı ilə davam etdi. Xalq artistləri Yalçın Adıgözəlov və Rauf Abdullayevin dirijorluğu ilə Sergey ProkofyevinRomeoCülyetta” baletindən fraqmentlər, “Fortepianoorkestr üçün 1 saylı konsert re-bemol-major op.10”, Cüzeppe VerdininTaleyin gücü” operasından uvertüra, Robert Şumanın “Fortepianoorkestr üçün konsert lya-minor op.54” əsərləri ifa olundu. Konsertin solistləri Xalq artisti Fərhad Bədəlbəyli Murad Adıgözəlzadə idi.

Qeyd edək ki, 1925-ci il iyulun 15-də Göyçayda dünyaya gələn sənətkar uzun müddət Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının solisti olub, eyni zamanda 40 ildən çox Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) kafedra müdiri vəzifəsində çalışıb. Lirik-dramatik tenor səsə malik olan sənətkar teatrda Əsgər (“Arşın mal alan”, Ü.Hacıbəyli), Lenski ("Yevgeni Onegin", P.Çaykovski), Alfred ("Traviata", C.Verdi), Almaviva ("Sevilya bərbəri", C.Rossini), Faust ("Faust", Ş.Quno), Balaş ("Sevil", F.Əmirov) başqa partiyaları ifa edib.

Tanınmış ifaçılar nəslinin yetişməsinə mühüm töhfələr verən Rauf Atakişiyev 1994-cü il fevralın 3-də vəfat edib.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2016.- 17 fevral.- S. 6.