Gənc Tamaşaçılar Teatrının “Rəy kitabı”nda yazılanlar

 

Dövlət Gənc Tamaşaçılar Teatrında nümayiş etdirilən səhnə əsərlərinə seyrçilərin münasibətini öyrənmək məqsədilə 2011-ci ildə “Rəy kitabı” tərtib edilib. Teatrın yaradıcı heyətinin iclasında “Rəy kitabı”nda yazılan fikirlər müzakirə olunub.

Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov bildirib ki, burada müxtəlif təhsil müəssisələrinin müəllim, şagird, valideyn və tələbə kollektivi, eləcə də sıravi tamaşaçıların, xarici ölkə vətəndaşlarının rəyləri yer alıb. Əksəriyyəti müsbət fikirlərdən ibarət olan, maraqlı təkliflərin olduğu rəylər arasında bəzi iradlar da göstərilib. Növbəti tamaşalarımızda izləyicilərin göstərdikləri etimadı doğruldaraq göstərilən təklif və iradları aradan qaldırmağa çalışacağıq.

 

Mədəniyyət.- 2016.- 17 fevral.- S. 6.