Sülh naminə birləşək!”

 

Respublika rəsm müsabiqəsinə yekun vurulub

 

UNESCO-nun 70 illik yubileyi münasibətilə 21 sentyabr - Beynəlxalq Sülh Gününə həsr olunmuşSülh naminə birləşək!” mövzusunda respublika rəsm müsabiqəsinə yekun vurulub. Müsabiqə Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnsan hüquqları və sülh problemləri üzrə UNESCO Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

Mərkəzdən bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd uşaq və gənclərin diqqətini Beynəlxalq Sülh Gününə cəlb etmək, onlara sülh mədəniyyəti, vətənpərvərlik, adət-ənənələrə hörmət ruhu aşılamaq, xüsusi istedada malik uşaqları aşkara çıxarmaq və onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir.

Üç yaş qrupu üzrə keçirilən müsabiqə əvvəlcə məktəbdaxili və rayon (şəhər) məktəbləri arasında təşkil olunub. Həmin mərhələdə birinci yerin qalibi olan işlər respublika mərhələsinə təqdim edilib. Respublika mərhələsində hər yaş qrupu üzrə doqquz qalib müəyyənləşib.

Müsabiqənin respublika mərhələsinə təqdim olunan 674 rəsm işindən 27-si münsiflər heyəti tərəfindən qalib seçilib, 91 müəllif isə xüsusi fərqlənmə sertifikatları ilə təltif olunub.

Müsabiqədə seçilmiş ən yaxşı işlərin fotolarından ibarət kataloq hazırlanacaq.

 

Mədəniyyət.- 2016.- 17 fevral.- S. 4.