Toskaüç ölkə vokalçılarının ifasında

 

Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında mütəmadi olaraq xaricdən dəvət olunan sənət ulduzlarının iştirakı ilə tamaşalar göstərilir.

Teatrın növbəti qonaqları qardaş Türkiyənin “qızıl səsli sopranosuDeniz Yetim (Toska) və Belarusun Əməkdar artisti Vladimir Qromov (Skarpia) olacaq. Onlar fevralın 27-də Cakomo PuççinininToska” operasının tamaşasında iştirak edəcəklər.

İstanbul OperaBalet Teatrının aparıcı solisti Deniz Yetim beynəlxalq müsabiqələrin qalibi, vokalçıların Bülbül adına VI beynəlxalq müsabiqəsinin Qran-pri mükafatçısıdır. Bakılı sənətsevərlərə yaxşı tanış olan sənətçi 2014-cü və 2015-ci illərdə opera səhnəmizdə çıxış edib.

Toska” operasının tamaşasında OperaBalet Teatrının istedadlı solistləri - Xalq artisti Əli Əsgərov, əməkdar artistlər Fərid Əliyev, Əkrəm Poladov, Cahangir Qurbanov çıxış edəcəklər. Dirijor Xalq artisti, professor Rauf Abdullayevdir.

 

Mədəniyyət.- 2016.- 17 fevral.- S. 2.