Xocalı - qan yaddaşımız

 

Sabirabad Rayon Tarix-Diyarşünaslıq Muzeyi Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı mədəniyyət və tədris ocaqlarında səyyar sərgilər təşkil edir. “Xocalı harayı, Xocalı fəryadı”, “Qanla yazılan faciəmiz”, “Soyqırımı tariximizdən” və s. başlıqlı sərgilərdə 100 artıq eksponat nümayiş etdirilir.

İlk sərgi 4 saylı uşaq bağçasında keçirilib. Uşaqlara 1992-ci il fevralın 26-na keçən gecə erməni-rus hərbi birləşmələrinin Xocalı şəhərində törətdiyi misli görünməmiş qırğın haqqında məlumat verilib. Qeyd olunub ki, o müdhiş gecədə qətlə yetirilən 613 soydaşımızın arasında 76 uşaq da var idi.

 

* * *

Yardımlı rayon MKS-nin oxu zalında Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar "Xocalı - əsrin faciəsi" başlıqlı guşə tərtib olunub. Guşədə erməni vandallarının Azərbaycanın qədim yaşayış məntəqəsi olan Xocalı şəhərində həyata keçirdikləri soyqırımına dair kitablar, fotoşəkillər və dövri mətbuat materialları yer alıb. Kitabxana oxucularının iştirakı ilə "Bəşəri cinayət" adlı dəyirmi masa təşkil edilib.

 

Mədəniyyət.- 2016.- 19 fevral.- S. 12.