Uşaq yazarları ilə görüş

 

Sumqayıt MKS tərəfindən 2016-cı ilUşaq ədəbiyyatı ilielan olunub. Bu münasibətlə MKS-də və filiallarında silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Nizami Gəncəvi adına kitabxana-klubda şəhərdə yaşayan uşaq şairləri ilə oxucuların görüşü təşkil olunub. Kitabxana-klubun müdiri Zərnigar Babayeva “Rəsm” dərnəyi üzvlərinin əl işləri ilə iştirakçıları tanış edib. Uşaq yazarlarından Rəfiqə Şəms, Rəhilə Hüseynova, Mir Sabir, Məmməd Namaz, Ələsgər Həsənli haqqında oxuculara məlumat verilib. Onlar şeirlərindən nümunələr səsləndiriblər.

Sonda MKS-nin direktoru Yeganə Əhmədova şairlərə yaradıcılıq uğurları arzulayıb.

 

Mədəniyyət.- 2016.- 19 fevral.- S. 12.