İlin yekunlarına görə

Qax Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən ötən il fəaliyyətlərində fərqlənən işçilərin mükafatlandırılması mərasimi keçirilib.

S.Vurğun adına Mədəniyyət mərkəzi, Qum kənd sənətkarlıq evinin müdiri Xatirə Şahmalıyeva, Alatəmir kənd klubu, Lələpaşa kənd klubunun müdiri Xanım Abdullayeva, Əmircan kənd kitabxanası, Mərkəzi kitabxananın işçisi Güldənə Mirzəyevə, uşaq incəsənət məktəbinin müəllimi Mominət Qocayeva müvafiq nominasiyalar üzrə təltif ediliblər. Qaliblərə Mədəniyyət və Turizm Şöbəsinin fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.

 

Mədəniyyət.- 2016.- 19 fevral.- S. 12.