AMEA-da Beynəlxalq Ana Dili Günü qeyd edilib

 

Fevralın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş konfrans keçirilib.

Dilçilik İnstitutunun direktoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu 21 fevral - Beynəlxalq Ana Dili Gününün tarixi barədə danışıb, bu əlamətdar günün dünyada geniş qeyd olunduğunu bildirib.

Alim Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ulu öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərini vurğulayıb. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunmuşAzərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın əhəmiyyəti qeyd edilib.

M.Nağısoylu Dilçilik İnstitutunda bu istiqamətdə həyata keçirilən tədbirlərdən bəhs edib.

AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov, professor Buludxan Xəlilov Azərbaycan dilinin inkişaf mərhələləri ilə bağlı fikirlərini bölüşərək alimlər, dilimizin saflığının daim qorunmasının təbliğinin vacibliyini vurğulayıblar.

KonfransdaDilimizin qayğıları”, “Ana dili güvənc yerimizdir”, “Azərbaycan ədəbi dilinin qaynaqları digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Qeyd edək ki, 21 fevral - Beynəlxalq Ana Dili Günü 1999-cu ildə UNESCO-nun baş konfransında təsis olunub və 2000-ci ildən etibarən hər il mədəni müxtəlifliyin, o cümlədən çoxdilliliyin təbliği məqsədilə qeyd edilir.

 

Mədəniyyət.- 2016.- 19 fevral.- S. 11.