Tehranda Azərbaycan stendi böyük maraq doğurub

 

Xəbər verdiyimiz kimi, Azərbaycan fevralın 16-da Tehranda işə başlayan 9-cu beynəlxalq hotel, səyahət turizm sərgisində ("HT&T İran Hotel, Travel & Tourism İnternational Exhibition") təmsil olunur.

Tədbirdə Mədəniyyət Turizm Nazirliyi Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Seymur Həsənov 10 turizm şirkəti mehmanxana əməkdaşından ibarət heyət iştirak edir.

Builki sərgiyə 50-dən çox ölkədən 400-dən artıq turizm şirkəti qatılıb. TehranınNümayişqah Beynəlmiləlsərgi salonunda 40 kvadratmetr sahədə qurulan Azərbaycan guşəsi ölkəmizin gəzməli görməli yerlərini, hotellərini, hava limanlarını əks etdirən fotoşəkillərlə bəzədilib. Ziyarətçilərə ölkəmiz haqqında məlumat verib, broşürlər kitabçalar paylanılır.

Nazirliyin sektor müdiri S.Həsənov bildirib ki, iranlılar Azərbaycan stendinə böyük maraq göstərirlər. Onlar Bakıda keçiriləcək Novruz bayramı şənliklərinə qatılmaq üçün sərgidə iştirak edən Azərbaycanın turizm şirkətlərinə sifarişlər verirlər. Bu il martın ikinci yarısında Bakıya əvvəlki illərə nisbətən daha çox iranlı turistin gələcəyi gözlənilir.

Qeyd edək ki, İrana qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasından sonra ilk dəfə olaraq sərgiyə Avropa ölkələrinin ABŞ-ın da turizm şirkətləri qatılıb.

Sərgidə Rusiya, Türkiyə, Vyetnam, Malayziya, Fransa, İtaliya başqa ölkələr təmsil olunublar. Sərgi fevralın 20-dək davam edəcək.

 

Mədəniyyət.- 2016.- 19 fevral.- S. 9.