Mobil tətbiqlər turistlərin rahat istirahətinə yardımçı olur

Elmi-texniki yeniliklər inkişaf edən informasiya texnologiyaları insan həyatını asanlaşdırmaqda davam edir. Bu gün smartfon tipli mobil telefonlara yüklənən proqramlar vasitəsilə bir çox məlumatlara çıxışı vaxt itirmədən, daha asan əldə etmək mümkündür.

 

Azərbaycanla da bağlı belə mobil proqram tətbiqləri mövcuddur. Bu yaxınlarda onların sırasına “Salam Bakı!” adlı mobil tətbiq əlavə olunacaq. Proqram Mədəniyyət Turizm Nazirliyinin dəstəyi Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı ilə yaradılan bələdçi xidmətinin (“Baku Guide Service”) yeni layihəsi əsasında hazırlanır.

AZTA sədrinin müşaviri Müzəffər Ağakərimovun verdiyi məlumata görə, “Salam Bakı!” audio-gid xidməti göstərəcək. Başqa sözlə, Bakının mərkəzi hissələrinin izahlı yerləşməsini təsvir edən bu GPS audiogid turistlərə lazım ola biləcək marşrutları, memarlıq abidələri gəzmək üçün maraqlı yerlər haqqında səsli məlumat verəcək. Turistlər bu bilgiləri müxtəlif dillərdə dinləyə biləcəklər.

“Salam, Bakı!” tətbiqində paytaxtda turistlərin münasib qiymətə qala biləcəkləri hotellərin siyahısı yerləşdiriləcək. Bütün ünvanlar isəDayancaqlarüzrə qruplaşdırılacaq. Tətbiqdəki məlumatlar audio izahla yanaşı, fotoşəkil xəritə ilə izah olunacaq. Nəticədə Bakı şəhərində gəzən turistlərin ünvanı tapması asanlaşmış olacaq. Turist gedəcəyi yeri tətbiq vasitəsilə seçərək, səsli izahla həmin yeri tapa biləcək. Yaxın vaxtlarda mobil tətbiqi yükləmək mümkün olacaq.

Axtarış zamanı Azərbaycana aid turistlərin rahat şəkildə istifadə edə biləcəyi bir neçə tətbiqə rast gəlmək olar. “Baku mobil info” Azərbaycan ingilis dillərində fəaliyyət göstərir. Bu tətbiqin asan işləmə sistemi var. 6 bölmədən ibarət tətbiqinyerlərbölməsində muzeylər, xəstəxanalar, hotellər bankların ünvanları qeyd olunur. Məlumat kitabçasıbölməsində ölkə şəhərlərin telefon kodları, Bakı şəhərində yerləşən poçtların ünvan telefonları təqdim olunur. Görməyə dəyəradlı bölmədə Bakı onun ətraf ərazilərində yerləşən tarixi abidlərin ünvanları əlaqə nömrələri göstərilib. İstifadə qaydaları asan olan bu mobil tətbiqi “play store”dən ödənişsiz yükləmək olar.

Bu tip tətbiqlərdən biri “Baku travel guide & map”dir. Bu tətbiq vasitəsilə Bakının bütün məntəqələrini, tarixi yerlərini, muzey, restoran hotellərini xəritə üzərində görmək olar. Burada həmçinin minik maşınlarının kirayələnməsi hava durumu ilə bağlı da məlumatlar yer alır.

Azərbaycanın ilk mükəmməl elektron xəritəsi olanGomap”in tətbiq versiyası da həm turistlər, həm yerli vətəndaşlar üçün maraqlı ola bilər. Bu tətbiq vasitəsilə ölkəmizin bütün regionlarını orada yerləşən obyektləri asanlıqla tapmaq mümkündür. Xəritə üç dildə - Azərbaycan, ingilis rus dillərində fəaliyyət göstərir.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2016.- 19 fevral.- S. 9.