Ölkəmiz “Beynəlxalq hekayə festivalı”nda təmsil olunur

 

İstanbulda “Beynəlxalq hekayə festivalı” çərçivəsində 2500 gənc müəllifin hekayəsi arasından seçilən ədəbi nümunələrin qiymətləndirilməsinə həsr edilmiş silsilə tədbirlər keçirilir.

Festivalda fəxri qonaq qismində iştirak edən tanınmış dünya yazarları arasında ölkəmizi yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Afaq Məsud təmsil edir.

İstanbulun Beynəlxalq Ədəbiyyat Mərkəzində baş tutan açılış mərasimində çıxış edən Afaq Məsud ədəbiyyatın xalqlar və ölkələr arasında qarşılıqlı anlaşmada əhəmiyyətli rolundan, bədii sözün, duyğunun, fikrin sərhədsizliyindən danışıb.

Fevralın 17-də İstanbulun İhsan Mərmərci Anadolu liseyində təşkil edilmiş tədbirdə yazıçının türk dilində “Sərçələr” hekayəsi səsləndirilib, daha sonra məktəbin müəllim və tələbə heyətinin iştirakı ilə diskussiya aparılıb.

“Beynəlxalq hekayə festivalı” fevralın 20-dək davam edəcək.

 

Mədəniyyət.- 2016.- 19 fevral.-  S. 7.