Arzuya bax, sevgilim...”

 

Fevralın 19-da Azərbaycan Memarlıq və İnşaat Kollecində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz və “Könüllülər kitabxanaİctimai Birliyi ilə birgə unudulmaz şair Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuşArzuya bax, sevgilim...” adlı gecə keçirilib.

Xalq şairi Nəriman Həsənzadə, kollecin direktoru, dosent Namiq Ağaməliyev, Elmi-Metodik Mərkəzin Təbliğat və statistik araşdırmalar şöbəsinin müdiri Sənan Talıbov, mərkəzin əməkdaşı İrina Özçoban, Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə, şairlər Ofeliya Babayeva, Oqtay Rza, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy Mikayıl Müşfiq poeziyasından söz açıb, bu poeziyanın tükənməz çeşmə olduğunu, həzin bir musiqini xatırlatdığını vurğulayıblar.

Kollecin tələbələri şairin şeirlərindən nümunələr səsləndiriblər.

Repertuarlarında daim Mikayıl Müşfiqin sözlərinə yazılmış mahnılara yer verən tanınmış müğənnilər Gülüstan Əliyeva, Mətanət İsgəndərli, Eyyub Yaqubov, Ədilə Əflaki, Kəmalə Rəhimli, Rəşad İlyasov, Kərim Abbasov, Vüsal Hacıyev gecəyə öz musiqi nömrələri ilə rəng qatıblar.

 

Mədəniyyət.- 2016.- 24 fevral.- S. 12.