Məktəblilərimiz beynəlxalq film festivalında iştirak edəcəklər

 

"Nərimanfilm" kinostudiyası bu il Gürcüstanda keçiriləcək Giffoni Beynəlxalq Film Festivalında (Giffony İnternational Film Festival) iştirak üçün 3 məktəblidən ibarət qrupun Gürcüstana səfərini təşkil edir. Qrup festivalda münsiflər heyətinin tərkibində iştirak edəcək.

Giffoni Beynəlxalq Film Festivalı 46 il ərzində keçirilən və münsiflər heyəti müxtəlif ölkələrin məktəblilərdən ibarət olan festival kimi kino dünyasında bənzərsiz bir layihədir.

Bu il ikinci dəfə Gürcüstanda keçiriləcək. Yay tətili günlərində, 23-27 iyun tarixində baş tutacaq festival müddətində məktəblilər gürcüstanlı ailələrdə yerləşdiriləcəklər. Onlar təqdim olunan filmlərə baxaraq onları müzakirə edəcək və qalibləri müəyyənləşdirəcəklər.

Bundan başqa, festival müddətində müxtəlif treninqseminarlar təşkil olunacaq, məktəblilər peşəkar rejissorlar, aktyorlar, eyni zamanda dünyanın müxtəlif ölkələrindən olan yaşıdları ilə fikir mübadiləsi aparmaq imkanı əldə edəcəklər. Festivalda 13-18 yaş arası məktəblilər iştirak edə bilərlər.

 

Lalə

 

Mədəniyyət.- 2016.- 24 fevral.- S. 11.