Rusiya saytı Bakı haqqında

 

Rusiyanın “adme.ru” saytında Bakı haqqında maraqlı məqalə dərc edilib. Məqalədə Bakı bulvarı, Heydər Əliyev Mərkəzi, “Alov qüllələri”, İçərişəhər, Qız qalası, Xalça Muzeyi haqqında məlumat verilib, bu məkanların, tariximüasir tikililərin şəhərə xüsusi gözəllik verdiyi vurğulanıb.

Bakıya səfər etmək üçün əsas səbəblərdən biri olaraq iyun ayında keçiriləcək “Formula-1” yarışması qeyd edilir. Daha bir səbəb kimi Azərbaycan mətbəxini qeyd edən müəllif milli mətbəximizin zənginliyi, nəfis dada malik yemək və şirniyyatlar haqqında da məlumat verir.

 

Mədəniyyət.- 2016.- 24 fevral.- S. 8.