ATMU-nun bir qrup tələbəsi xaricdə təhsilini başa vurub

 

Azərbaycan TurizmMenecment Universitetinin bir qrup tələbəsi 2015/2016-cı tədris ilində xarici ölkə universitetlərində təhsil almaq imkanı qazanıb.

Universitetin 5 tələbəsi “Mövlanə mübadilə proqramı” çərçivəsində Türkiyənin Ege, Akdeniz, QaziKastamonu universitetlərində bir semestr - turizm, biznes idarəçiliyi və qida mühəndisliyi ixtisasları üzrə təhsil alıblar. Tələbələr hazırda doğma universitetdə təhsillərini davam etdirilər.

ATMU tələbələrindən 2 nəfər Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetində, 2 nəfər isə Almaniyanın Yade Universitetində təhsillərini nəzərdə tutulduğu müddətdə uğurla başa çatdırıblar.

 

Mədəniyyət.- 2016.- 24 fevral.- S. 8.