Nazir Sumqayıt Dövlət Dram Teatrında aparılan təmir işləri ilə tanış olub

 

Fevralın 19-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının binasında aparılan təmir və yenidənqurma işləri ilə tanış oldu.

Görülən işlər haqqında nazirə ətraflı məlumat verildi. Bildirildi ki, işlər yekunlaşandan sonra teatrın əsas zalının tutumu 650 nəfərə çatacaq. Əsaslı yenidən qurulacaq bina müasir səhnə avadanlıqları, işıqlandırma sistemləri ilə təmin olunacaq. O da diqqətə çatdırıldı ki, təmir-tikinti işləri yaradıcılıq prosesinə mane olmadan həyata keçirilir. Teatrın truppası məşqlərini davam etdirir, yeni tamaşalar nümayiş olunacaq.

Nazir əsas tamaşa zalının lazımi avadanlıqlarla təmin olunması, eləcə də filmlərin nümayişi üçün kino zalının böyük ölçülü monitorla təchiz edilməsi ilə bağlı tapşırıqlar verdi. Binanın daxilixarici tərtibatının yüksək səviyyədə qurulması, işıqlandırma və səsləndirmə aparatlarının müasir tələblərə uyğun hazırlanması üçün mütəxəssislərin cəlb olunmasının zəruriliyi vurğulandı. İşlərin vaxtında, keyfiyyətlə həyata keçirilməsi və digər məsələlərlə bağlı müvafiq tapşırıqlar verildi.

 

Fariz

 

Mədəniyyət.- 2016.- 24 fevral.- S. 5.