Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələri genişlənir

 

Fevralın 24-dən İtaliyanın Brescia şəhərində yerləşən “L.Marenzio” Konservatoriyasının professoru, “Silenus Ensemblenin bədii rəhbəri Claudio Marini (cello) və Bresçia Konservatoriyasının opera sənəti üzrə professoru Vittoria Licari (vokal) Üzeyir Hacıbəyli adında Bakı Musiqi Akademiyasında ustad dərsləri keçir. Ustad dərsləri martın 1-dək davam edəcək.

Fevralın 25-də Estoniyanın ölkəmizdəki səfirliyi tərəfindən akademiyada "Estonian National Day" adlı tədbir təşkil olunub. Tədbirdə TalinninVanalinna Segakoorxoru və estoniyalı orqan ifaçısı Kristel Aer, həmçinin BMA-nın professoru Rasimə Babayeva (orqan ifaçısı) konsert proqramı ilə çıxış ediblər.

Aprelin 21-dən 24-dək isə Bakı Musiqi Akademiyası və Polşanın Adam Mitskeviç İnstitutunun birgə təşəbbüsü ilə akademiyada Liceo Konservatoriyasının professoru Pol Kortez (viola) və BBC Simfonik Orkestrinin və “London Sinfonia”nın trombon ifaçısı Dan Cenkins tərəfindən ustad dərsləri təşkil ediləcək.

 

Mədəniyyət.- 2016.- 26 fevral.- S. 13.