Rus Dram Teatrında üç yeni tamaşa

 

S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı bu mövsümün sonunadək daha üç tamaşanı sənətsevərlərə təqdim edəcək.

 

Aprel ayında təhvil verilməsi nəzərdə tutulmuş səhnə əsərlərindən biri ingilis dramaturqu Noel Kauardın «Səna qızdırması» pyesi əsasında hazırlanan «Bliss ailəsi» tamaşasıdır. Xalq artisti Aleksandr Şarovskinin məşqlərinə başladığı komediya eyni zamanda teatrda Əməkdar artist Rita Əmirbəyovanın yubiley benefisi olacaq. Komediyanın baş qəhrəmanı (Cudit Bliss) keçmiş aktrisadır. O, özünün ailəsinin həyatını teatr səhnəsinə çevirib. Həyat yoldaşı övladları onun nazı ilə oynayırlar. Amma istirahət günü dəvət edilmiş təsadüfi qonaqlar... Hadisələrin necə cərəyan edəcəyini bilmək üçün premyeranı gözləmək lazım gələcək.

Tamaşada Xalq artisti Fuad Poladov, teatrın aktyorları Natəvan Hacıyeva, Oleq Əmirbəyov, Mariya Dubovitskaya, Maqsud Məmmədov başqaları rol alıb.

Məşqləri başlamış ikinci tamaşa isə Viktor Korkiya Aleksandr Lavrinin pyesi əsasında hazırlanan «Kazanova: sevgi dərsləri»dir. Tamaşa tanınmış aktyor, Xalq artisti Fəxrəddin Manafovun Rus Dram Teatrının səhnəsində debütüdür.

Əsərin süjeti atanın öz ağıllı, gözəl, müstəqil düşüncəli, həm şıltaq xasiyyətli qızına layiq adaxlı seçimi ilə bağlıdır. Lakin... Quruluşçu rejissor musiqi tərtibatçısı İlqar Safatdır. Rolları Xalq artisti Yuri Baliyev, Əməkdar artist Firdovsi Atakişiyev, həmçinin Murad Məmmədov, Yeganə Hüseynli, Yuri Omelçenko, Yaroslav Trifonov, Rüfət Nəzərov başqaları oynayır.

Xalq yazıçısı Elçinin Azərbaycan teatrının ən görkəmli simalarından olan aktyor rejissor Hüseyn Ərəblinskiyə həsr etdiyi «Artist» pyesinin tamaşası isə may ayına nəzərdə tutulub.

Əsərə Xalq artisti İranə Tağızadə quruluş verir. Tamaşada Xalq artisti Yuri Baliyev, əməkdar artistlər Firdovsi Atakişiyev, Ayan Mirqasımova, Əsgər Rəhimov, Elmira Aslanova, aktyorlardan Natəvan Hacıyeva, Teymur Rəhimov, Oleq Əmirbəyov, Murad Məmmədov, Aleksey Saprıkin, Elşad Murtuzov digərləri rol alıblar.

Hər üç tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, geyim üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Olqa Abbasovadır. «Bliss ailəsi» «Artist» tamaşalarının musiqi tərtibatı Əməkdar mədəniyyət işçisi Vladimir Neverova həvalə olunub.

 

G.Mirməmməd

 

Mədəniyyət.- 2016.- 26 fevral.- S. 11.