Xocalı soyqırımı - bəşəri cinayət

 

Faciə qurbanlarının xatirəsi şəhər və rayonlarda müxtəlif tədbirlərlə yad olunur

 

Salyan rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş “Xocalı harayı” adlı tədbir keçirilib. Çıxış edənlər Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər haqqında məlumat veriblər. Sonra məktəblilərin ifasında Xocalı faciəsinə həsr olunmuş “Sarı gəlin” adlı kompazisiya göstərilib. SondaXoca” bədii filmi nümayiş olunub.

* * *

Sabirabad rayon MKS-nin Mərkəzi kitabxanasında “Xocalı qan yaddaşımızdır” adlı tədbir keçirilib. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla şöbəsinin Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova iştirak edib. O, tədbiri giriş sözü ilə açaraq Xocalı soyqırımı, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti barədə həqiqətlərin dünya birliyinə çatdırılması istiqamətində görülən işlərdən danışıb, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyətini qeyd edib.

Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Ə.Ramazanov, MKS-nin direktoru E.Urufov və digər çıxış edənlər Xocalı faciəsinin bəşəriyyət və insanlıq əleyhinə amansız cinayət olduğunu vurğulayıblar.

* * *

Tərtər rayon MKS-nin Mərkəzi kitabxanasında Xocalı soyqırımının ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Tədbirdə mədəniyyət işçiləri, şagirdlər, müəllimlər, qaçqın və məcburi köçkün ailələri, Xocalı sakinləri iştirak ediblər. MKS-nin direktoru U.Qurbanova, oxu zalının müdiri S.İsgəndərova, Xidmət şöbəsinin işçisi Ş.İbrahimova çıxış edərək, o müdhiş gecədə Xocalı sakinlərinin başına gətirilən müsibətlərdən söz açıblar. Şagirdlər Xocalı faciəsinə həsr olunmuş şeirlər söyləyiblər.

* * *

Mingəçevir şəhər M.P.Vaqif adına Mərkəzi kitabxanada “Necə qan ağlamasın daş bu günmövzusunda tədbir keçirilib. MKS-nin direktor müavini Gülnarə Məmmədova, Oxu zalının müdiri Gülnar Bağırova çıxış ediblər. Xocalı faciəsinin şahidi Baloğlan AllahyarovAğdam rayon 47 saylı köçkün orta məktəbinin müəlliməsi Zəminə Abbasova ermənilərin törətdikləri vəhşiliklərdən danışıblar. Çıxışlardan sonra Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş olunub.

* * *

Oğuz rayon Mərkəzi kitabxanasında Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbiri Oxuculara xidmət şöbəsinin müdiri N.Manafova açaraq faciə barədə məlumat verib. Soyqırımı gerçəklərinin şair və yazıçılarımızın əsərlərində mühüm yer tutduğunubu mənada yazıçı Elxan Elatlının Xocalı faciəsinə həsr etdiyi “Cəhənnəmdən gələn səs” əsərinin əhəmiyyətini vurğulayıb. Xidmət şöbəsinin işçiləri A.Fərzəliyeva və A.Cəfərova, Əməkdar müəllim M.Abbasova əsərin ideya-bədii xüsusiyyətlərindən söz açıblar.

* * *

Xocalı faciəsinin ildönümü ilə əlaqədar Zaqatala Rayon Dövlət Rəsm Qalereyasında məktəblilərin və yerli rəssamların əl işlərindən ibarət sərgi təşkil olunub. Sərgi iştirakçılarına bu dəhşətli faciə haqqında məlumat verilir.

* * *

Şamaxı rayon MKS-nin və Mirzə Ələkbər Sabirin ev-muzeyinin birgə təşkilatçılığı ilə “Vətən şəhidlərini unutmurmövzusunda dəyirmi masa keçirilib. MKS-nin direktoru Ərəstun Xələfov, M.Ə.Sabirin ev-muzeyinin direktoru Rəqsanə Xəlilzadə faciə haqqında geniş məlumat veriblər. Xocalı Şəhər Polis Şöbəsinin sabiq rəis müavini, polkovnik-leytenant Hafiz Ədilov erməni vandallarının vəhşiliklərindən danışıb. Şamaxı İncəsənət Təhsili Mərkəzi şagirdlərinin əl işləri nümayiş olunduğu sərgiyə baxış olub.

Şamaxı Dövlət Rəsm Qalereyasında da faciənin ildönümünə həsr olunmuş “Xocalı - əsrin faciəsi” adlı sərgi təşkil edilib. Sərgidə İncəsənət Təhsili Mərkəzi şagirdlərinin əl işləri nümayiş etdirilib. 35 rəsmin yer aldığı sərgi fevralın 29-dək davam edəcək.

* * *

Qusar Rayon Dövlət Rəsm Qalereyasında “Xocalı harayı” adlı məktəblilərin rəsm əsərlərindən ibarət sərgi təşkil edilib. Qalereyanın bələdçisi Nərgiz Hüseynəliyeva Xocalı faciəsi haqqında sərgi iştirakçılarına məlumat verib. Məktəblilərin faciə haqqında təxəyyüllərinin məhsulu olan rəsmlər tədbir iştirakçılarında maraq doğurub. 40-a qədər rəsm əsərinin nümayiş olunduğu sərgi fevralın sonunadək davam edəcək.

* * *

Ağdaş Mərkəzi kitabxanasının 3 saylı, 13 saylı, 65 saylı şəhər kitabxanalarının birgə təşkilatçılığı ilə rayon Mədəniyyət mərkəzində Xocalı soyqırımının ildönümü ilə əlaqədar anım gecəsi keçirilib. MKS-nin direktoru Seyfəddin, 13 saylı şəhər kitabxanasının müdiri Hicran Abdürrəhmanova Xocalı faciəsi haqqında danışıblar. Şagirdlər Xocalıya həsr edilmiş şeirlər səsləndiriblər. Məktəblilərin mövzuya aid rəsmlərindən ibarət “Əsrin faciəsi - Xocalı”, “Xocalı soyqırımı bəşəri cinayətdir” adlı sərgilərə baxış olub.

* * *

Qazax rayon Mərkəzi kitabxanasının oxu zalında mədəniyyət işçiləri və oxucuların iştirakı ilə Xocalı soyqırımına həsr edilmişTarix heç nəyi unutmur” adlı ədəbi kompozisiya təşkil olunub. MKS-nin direktoru Solmaz Babanlı, fəal oxucu Əsmər Mansurova çıxış ediblər. Qazax Sosial-İqtisadi Kollecinin tələbələri və şagirdlər Xocalı faciəsinə həsr olunmuş şeirlər söyləyiblər. Sonda “Xocalı soyqırımını unutma!” adlı sərgi və fotostendə baxış keçirilib.

 

* * *

Rəsul Rza adına Göyçay rayon Mədəniyyət mərkəzində rayon Xalq teatrı "Sən yenidən özünə qayıt, Xocalı" adlı ədəbi-musiqili kompozisiya təqdim edib.

Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini R.Rəcəbova, Təhsil Şöbəsinin müdiri Rəşad Məmmədov, Xocalı sakinləri Cəlil Cəbiyev, Teymur Əhmədov çıxış edərək faciə barədə fikirlərini bölüşüblər. Mədəniyyət və Turizm Şöbəsinin müdiri Sahib Şükürov tədbir iştirakçılarına təşəkkürünü bildirib. Sonda kitab sərgisinə baxış olub.

 

Mədəniyyət.- 2016.- 26 fevral.- S. 7.