Əsrin faciəsi kitab səhifələrində

 

Fevralın 24-də Milli Kitabxanada Xocalı soyqırımının ildönümünə həsr edilən “Xocalı soyqırımı: əsrin faciəsi” adlı kitab sərgisinin açılışı keçirildi.

Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək sərgi barədə məlumat verdi. Qeyd etdi ki, sərgidə kitabxananın fondunda olan, Xocalı faciəsinə aid Azərbaycan və xarici dillərdə nəşrlər yer alıb.

Milli Məclis Aparatının Analitik informasiya şöbəsinin müdiri Aydın Ağayev ölkəmizdə və xaricdə Xocalı soyqırımına həsr olunan tədbirlərdən danışdı, bu istiqamətdə atılan addımların Azərbaycanın haqq işinin tanıdılması baxımından önəmli olduğunu dedi. Qeyd olundu ki, faciəyə ilk siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Məhz bundan sonra xaricdə təbliğatın hansı ideoloji əsaslar üzərində qurulması müəyyən edilibdünyada bu faciənin tanınması istiqamətində işlərə başlanılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası sayəsində 2008-ci ildən bu istiqamətdə mühüm işlər görülür. Artıq Xocalı soyqırımı bir sıra ölkələr, o cümlədən ABŞ-ın 20 ştatı tərəfindən tanınır. MDB ölkələri və Avropa ölkələrində bu istiqamətdə səyləri gücləndirməliyik. Bu faciəni beynəlxalq hüquq müstəvisində də təsdiq etmək üçün aparılır.

Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla şöbəsinin baş mütəxəssisi Elbəy Əli nazirliyin bu istiqamətdə gördüyü təbliğat işlərindən, beynəlxalq kitab sərgi-yarmarkalarında faciəni əks etdirən kitabların sərgilənməsindən danışdı. Bildirdi ki, nazirlik tərəfindən xalqımızın qan yaddaşının bugünkü və gələcək nəsillərə çatdırılması, ölkəmizin məruz qaldığı hərbi təcavüz barədə həqiqətlərin dünyada yayılması üçün müxtəlif layihələr reallaşdırılır.

Sonda tədbir iştirakçıları “Xocalı soyqırımı: əsrin faciəsi” adlı kitab sərgisi ilə tanış oldular.

 

Savalan

 

Mədəniyyət.- 2016.- 26 fevral.- S. 4.