Pantomima Teatrında “poetik düşüncə”li tamaşanın premyerası

 

 

2-3 iyul tarixində Azərbaycan Dövlət Pantomima Teatrında Bəxtiyar Xanızadənin "Adagio" (poetik düşüncə) tamaşasının premyerası təqdim olunacaq.

Tamaşanın quruluşçu rejissoru Bəxtiyar Xanızadə, quruluşçu rəssam və musiqi tərtibatçısı Nargilə Qəribova, rəqslərin quruluşçusu Elnur İsmayılovdur.

Rollarda Nargilə Qəribova, Bəhruz Əhmədli, Nurlan Rüstəmov, Elnur İsmayılov, Ceyhun Dadaşov, Solmaz Bədəlova, Səbinə Hacıyeva, Səbirə Həsənova, Rafiz Mehdizadə, Nuridə Musabəyli, Cavad Nuriyev, Leyla Atayeva iştirak edirlər.

Azərbaycan Dövlət Pantomima Teatrı iyulun 17-də "Adagio" tamaşası ilə 23-cü teatr mövsümünü bağlayacaq.

 

Mədəniyyət.- 2016.- 1 iyul.- S.7.