Özfəaliyyət kollektivləri hərbi hissədə çıxış ediblər

 

 

Sumqayıtın mədəniyyət müəssisələrinin özfəaliyyət kollektivləri hərbi hissələrdə konsert proqramı ilə çıxış ediblər.

Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürovun da qatıldığı tədbirdə Corat mədəniyyət evinin özfəaliyyət kollektivlərinin, tanınmış sənətçilərin ifasında xalq və bəstəkar mahnıları, aşıq havaları təqdim olunub, vətənpərvər ruhlu şeirlər səslənib. İfaçıların çıxışı əsgər və zabitlərimiz tərəfindən alqışlarla qarşılanıb.

Tədbirdə II Dünya müharibəsi veteranı Mirməhəmməd Əliyev, Corat qəsəbə ağsaqqallar şurasının sədr müavini Fəxrəddin Behbudov və başqaları çıxış ediblər.

Hərbi hissə komandirinin müavini mədəniyyət evinin kollektivlərinə təşəkkürünü bildirib. Hərbi hissələrə göstərdiyi mədəni xidmətə görə şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi fəxri fərmanla təltif edilib.

 

Mədəniyyət.- 2016.- 1 iyul.- S.11.