“Azərbaycan əsgəri mərdlik rəmzidir”

 

 

İmişli rayon Mədəniyyət mərkəzinin nəzdində yerləşən Dövlət Rəsm Qalereyasında Silahlı Qüvvələr Günü münasibətilə “Azərbaycan əsgəri mərdlik rəmzidir” adlı dəyirmi masa təşkil olunub.

Tədbir rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Nazim Əzimov, “Xalq sözürayon qəzetinin baş redaktoru Səməd İsmayılov, Qarabağ müharibəsi veteranı, “Azərbaycan Bayrağı” ordenli Şamil Cəbrayılov, Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon təşkilatının sədri Ələddin Qardaşov, musiqi məktəbinin müəlliməsi Sənəm Məmmədli və başqaları çıxış ediblər. Sonda İmişli şəhər uşaq musiqi məktəbi şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndirilib.

 

Mədəniyyət.- 2016.- 1 iyul.- S.11.