Rejissor Elçin Musaoğlunun yubileyi qeyd olunub

Cəfər Cabbarlı adınaAzərbaycanfilmkinostudiyasında özünəməxsus dəst-xətti, yaradıcılıq üslubu ilə seçilən kinorejissor, ssenarist Elçin Musaoğlunun anadan olmasının 50 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edənlər yubilyara təbriklərini xoş sözlərini çatdıraraq onun yaradıcılığından bəhs ediblər.

Qeyd olunub ki, Elçin Musaoğlu 50-dən artıq sənədli filmin, “40-cı qapı”, “Nabatbədii filmlərinin ssenari müəllifi rejissoru kimi kinomuza yeni nəfəs gətirib. TəkcəNabatfilmi 30-a yaxın beynəlxalq film festivalında iştirak edərək 10-dan artıq mükafata layiq görülüb. O, kinorejissor kimi daim axtarışda olan, öz biliyini artırmaq, dünyagörüşünü genişləndirmək istəyən sənətkar, səmimi bir insandır.

Çıxış edənlər Elçin Musaoğluna gələcək fəaliyyətində uğurlar arzulayıblar.

 

Mədəniyyət.-2016.- 13 iyul.- S.2.