“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının müzakirəsi

İyulun 12-də Gəncə şəhərindəki Məhsəti Gəncəvi Mərkəzində “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının müzakirəsinə həsr olunmuş konfrans keçirilib. Kitab Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən nəşr olunub. Konfransın aparıcısı, Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin direktoru Asif Usubəliyev çıxış edərək “Multikulturalizm ili“ çərçivəsində nazirlik tərəfindən görülən işlər haqqında ətraflı məlumat verib.

Tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları, kitabın redaksiya heyətinin üzvləri, Mingəçevir, Yevlax, Naftalan, Şirvan şəhər, Göygöl, Samux, Şəmkir, Tovuz, Gədəbəy, Daşkəsən, Qazax, Ağstafa, Goranboy, Kəlbəcər və digər rayon mədəniyyət və turizm şöbələrinin rəhbərləri iştirak ediblər.

Mədəniyyət .-2016.- 13 iyul.- S.3.