Şuşa teatrı mövsümə “Solğun çiçəklər”lə yekun vurub

İyulun 12-də Şuşa Dövlət Musiqili Dram Teatrı “Azərsun Holdinq” Mədəniyyət mərkəzində bu mövsümünün son tamaşasını - görkəmli dramaturq Cəfər Cabbarlının “Solğun çiçəklər” əsərini təqdim edib.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Azad Məmmədovdur.

Əsas rolları Əməkdar artist Rasəf Mehdiyev, aktyorlar Dürdanə Dünyamalıyeva, Xanirə İsgəndərova, Vüsalə Məmmədzadə və Zahid Mehdiyev canlandırıblar.

Mədəniyyət.-2016.- 13 iyul.- S.6.