“Xoşbəxt olun

Ailə-məişət mövzusunda tragikomik film

 

Yazıçılar Birliyinin üzvü Səidə Haqverdiyevanın “Qara qızın qara bəxti” adlı hekayəsinin motivləri əsasında “Xoşbəxt olun” adlı film çəkilib. Mövzusu ailə-məişət hadisələrindən götürülmüş tragikomik filmdə qızların ərə getməməsi və ailələrdə bu səbəbdən qabaran mənəvi-psixoloji problemlər ön plana çəkilib.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Səidə Haqverdiyeva, quruluşçu operatoru Rəşad Qarayev, quruluşçu rəssamı İqbal Əliyev, rejissoru Jalə Rəhimli, operatoru Elvin Mustafayev, rəssamı Cavid Hüseynov, geyim üzrə rəssamı Könül Vəlibəylidir.

Rolları Əməkdar artist Sevinc Sarıyeva, Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Cavid Telman, Rəsmiyyə Nurməmmədova, Könül Şahbazova, Elnur Əliyev, Elxan İsmayılov, Zemfira Əbdülsəmədova, Hüsniyyə Əhmədova, Vüsal Hüseynov, Aybəniz Bağırova və Gülnarə Abdullayeva ifa edirlər. Çəkilişlər Tərtər, Cəlilabad, Şamaxı və Bakıda aparılıb.

Mədəniyyət.-2016.- 13 iyul.- S.13.