Ölkəmizdə ilk dəfə beynəlxalq dolma festivalı keçirildi

“Qoy dünya görsün ki, necə zəngin mətbəximiz var”

İyulun 1-də Mədəniyyət və Turizm Nazirliyi, Abşeron Rayon İcra Hakimiyyəti, Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) birgə təşkilatçılığı ilə Xırdalan şəhərindəki “Neapol” restoranında I Beynəlxalq Dolma Festivalı keçirildi. Tədbirə ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirliklərinin nümayəndələri də qatılmışdı. Festival iştirakçıları Xırdalan şəhərində yerləşən parkda Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini hörmətlə andılar.

Festivalda əvvəlcə yemək nümunələrinə baxış keçirildi. Burada bölgələrimizdə bişirilən və müxtəlif çeşiddə hazırlanan 300-ə qədər növ dolma sərgilənirdi. Həmçinin Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri tərəfindən hər ölkənin ənənəsinə uyğun hazırlanan yeməklər təqdim olunmuşdu. Festivalda hər birimizə yaxşı tanış olan dolma növlərindən fərqli olan alma, heyva, zeytun dolması, həmçinin dolma kababı, dolma şorbasını da görmək olardı. Qeyd edək ki, festivala respublikanın 24 şəhər və rayonundan iştirakçılar qatılmışdı. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən İndoneziya və Ukrayna səfirliklərinin aşpazları tərəfindən hazırlanan dolma çeşidləri də təqdim olunurdu.

Festival qaliblərin mükafatlandırılması mərasimi ilə davam etdi.

Mərasimdə çıxış edən mədəniyyət turizm nazirinin birinci müavini Vaqif Əliyev festivalın əhəmiyyətindən danışdı. I Beynəlxalq Dolma Festivalının Abşeronda keçirilməsinin təsadüfi olmadığını vurğulayan Vaqif Əliyev Abşeron bağlarının öz üzümü ilə tanındığını xatırlatdı.

Vaqif Əliyev bədnam qonşularımızın Azərbaycan mədəniyyətini, o cümlədən mətbəx nümunələrini özününküləşdirməyə çalışdığını qeyd edərək, bütün türk dünyasına məxsus olan lavaş dolmanın da bu qəsbkarlıqdan kənarda qalmadığını vurğuladı. Qeyd etdi ki, biz min illərdən gələn əsrlər boyu daha da zənginləşən öz milli, mədəni irsimizi qoruyub, gələcək nəsillərə çatdırmağa borcluyuq. Bunun üçün təbliğat işlərini daha da gücləndirməliyik. Vurğulandı ki, I Beynəlxalq Dolma Festivalı da mədəniyyətimizin, mətbəximizin dünyaya çatdırılmasında əhəmiyyətli rol oynayacaq.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova çıxış edərək bildirdi ki, hər bir xalqın tarixi keçmişi, adət-ənənələri, yaşadığı coğrafi ərazi onun milli mətbəxinin formalaşmasına təsir edən başlıca amillərdəndir. Bu baxımdan min illərdən bəri formalaşan, inkişaf edən Azərbaycan mətbəxi özünün zənginliyi, dadı-ləzzəti ilə məşhurdur.

Azərbaycan Milli Kulinariya Mərkəzinin sədri Tahir Əmiraslanov bildirdi ki, festival ölkənin müxtəlif bölgələrində dolma növlərinin aşkara çıxarılmasına, yerli beynəlxalq ictimaiyyətə təqdim olunmasına xidmət edir. Qeyd etdi ki, bundan əvvəl müxtəlif mətbəx nümunələrimizə aid festivallar keçirmişik. Çünki bəzən bir bölgədə bişirilən yeməklərdən digər bölgənin xəbəri olmur: “Araşdırmalarımız nəticəsində Azərbaycan mətbəxinə aid 300-ə yaxın dolma növünü ortaya çıxarmışıq bu gün onlar festivalda təqdim olunur. Qoy dünya görsün ki, necə zəngin mətbəximiz var”.

Daha sonra qaliblər elan edildi. Mükafatlar 6 nominasiya üzrə təqdim olundu.

“Ən yaxşı rayon süfrəsi” nominasiyasında I yerə Abşeron, II yerə Sumqayıt, Kəlbəcər Şamaxı, III yerə Quba, Xızı, Zəngilan Xocavənd sahib oldu.

“Ən maraqlı tarixi, qeyri-adi dolma” nominasiyasında I yeri “Xanədan” restoranı (dolma-kabab), II yeri Abşeron (zeytun dolması) Xaçmaz (lobya dolması), III yeri Qəbələ (şingilim dolma), Şabran (yarma dolması), Nizami (turş kələmdolması) Masallı (balqabaq dolması) rayonları tutdu.

“Ən yaxşı dolma” yarışması üzrə Şuşa (heyva dolması) birinci, Binəqədi (tərs dolma) Salyan (boranı dolması) ikinci, İsmayıllı (gicitkən dolması), Nərimanov (quyruq dolması), Qubadlı (yarpaq dolması) Xətai (qoz dolması) rayonları üçüncü oldu.

“Ən çox dolma gətirən rayon” nominasiyasında birinci yerə Kəlbəcər, ikinci yerə Sumqayıt şəhəri, “Ən yaxşı xarici ölkə dolması” nominasiyasında isə birinci yerə İndoneziya, ikinci yerə isə Ukrayna aşpazları çıxdılar.

“Ən yaxşı dolma təqdim edən restoran” nominasiyasında “Xanədan” “Buta” restoranları müvafiq olaraq birinci ikinci oldular.

Qaliblərə diplom, medal hədiyyələr təqdim edildi. Həmçinin Mədəniyyət Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin Azərbaycan Milli Kulinariya Assosiasiyasının kubokları da fərqlənənlərə təqdim olundu.

Tədbir incəsənət ustalarının konsert proqramı ilə başa çatdı.

Fariz Hüseynov

Mədəniyyət.-2016.- 6 iyul.- S. 9.