“Hamı üçün turizm

Bu il Dünya Turizm Günü bu deviz altında keçiriləcək

Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (UNWTO) baş katibi Taleb Rifai 27 sentyabr - Dünya Turizm Günü münasibətilə ictimaiyyətə rəsmi müraciət edib.

Müraciətdə bildirilir ki, bu il əlamətdar gün “Hamı üçün turizmdevizi altında keçiriləcək.

Qeyd olunur ki, son 50 ildə turizmdə inqilabi dəyişiklik baş verib. 1950-ci ildə beynəlxalq turistlərin sayı 25 milyon olubsa, hazırda bu rəqəm 1,2 milyarda çatıb. Səyahət insanların həyat tərzinin mühüm hissəsinə çevrilib. Biz səyahət edərkən müxtəlif insanlar, görməli yerlər və yeni ideyalarla tanış oluruq. Biz ölkələri gəzdikcə dünyagörüşümüz dəyişir, daha yaxşı keyfiyyətlər qazanırıq. Lakin unutmamalıyıq ki, səyahət çoxumuz üçün kifayət qədər çətin proses ola bilər. Hesablamalara görə, dünya əhalisinin 15 faizi buya digər formada məhdud imkanlara malikdir. Dünyada 1 milyard insan başqa xalqların mədəniyyəti ilə tanış olmaq, təbiətdən zövq almaq, görməli yerlərə səyahət etmək imkanlarından məhrumdur. Səyahətin hamı üçün əlçatan olması ideyası turizm siyasəti və işgüzar strategiyada mərkəzi yeri tutmalı, təkcə insan haqları kimi deyil, həm də böyük bazarişgüzar imkanlar kimi nəzərdən keçirilməlidir.

Hər kəsin planetimizin qeyri-adi müxtəlifliyindən və təbiətin gözəlliyindən zövq almaq hüququ olduğunu xatırladan baş katib bütün ölkələri, turizm sənayesi və bu sahə ilə əlaqədar sahələri fiziki mühitdə, nəqliyyat sistemində, ictimai müəssisə və idarələrdə, informasiyatelekommunikasiya kanallarında turizmin əlçatan olması ideyasını təşviq etməyə çağırıb.

Qeyd edək ki, bu il Dünya Turizm Gününün rəsmi mərasimi 27 sentyabrda Tailandın paytaxtı Banqkokda keçiriləcək.

Mədəniyyət.-2016.- 6 iyul.- S.3.