Kinematoqrafçılar İttifaqı idarə heyətinin iclası keçirilib

Milli Kino Günü ilə bağlı hazırlıq və təşkilati işlər müzakirə olunub

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) idarə heyətinin növbəti iclası keçirilib.

Qurumun mətbuat xidmətindən bildirilib ki, ARKİ-nin sədri, Xalq artisti Şəfiqə Məmmədova 2 avqust - Milli Kino Günü ilə bağlı hazırlıq və təşkilati işlərdən danışıb, əlamətdar günün kinematoqrafçılar üçün vacib olduğunu söyləyib.

İttifaqın icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev qurumun fəaliyyəti barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.

Daha sonra ittifaqın idarə heyətinin üzvləri - xalq artistləri Eldar QuliyevOqtay Mirqasımov, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, kinorejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev çıxış edərək kinematoqrafçıların peşə bayramı gününün müxtəlif tədbirlərlə qeyd edilməsi ilə bağlı təkliflər irəli sürüblər.

Mədəniyyət .-2016.- 6 iyul.- S.4.