Bəzi mehmanxanalara dərəcə sertifikatları verilib

Mehmanxanamehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanaların təsnifatı aparılıb.

Nazirliyin sifarişi ilə hazırlanmış xüsusi proqram vasitəsilə ekspert qrupu tərəfindən mehmanxanalara baxış keçirilirulduz dərəcələri müəyyən olunur.

Bu ilin iyun ayı ərzində Bakı şəhərində aşağıda adları qeyd olunan 6 mehmanxanaya AZS 745-2015 Dövlət Standartına uyğun olaraq ulduz dərəcə sertifikatları verilib: “Karvan Palace” mehmanxanası - (4 ulduz); “SunRise Hotel” - (4 ulduz); “Şah Hotel” (3 ulduz); “Nizami Street Hotel” - (3 ulduz); “East Legend Panorama” mehmanxanası - (3 ulduz); “Şəms” mehmanxanası - (3 ulduz).

Respublika ərazisində təsnifatdan keçmiş mehmanxanamehmanxana tipli obyektlərin sayı 106-ya çatıb.

Nazirlik onu da diqqətə çatdırır ki, ölkə ərazisində fəaliyyət göstərən bəzi mehmanxanalar rəsmi ulduz dərəcə sertifikatı almadan reklam çap məhsullarında, veb səhifələrində və mehmanxanaların üzərində qeyri-qanuni ulduz dərəcəsi göstərərək istehlakçılara düzgün olmayan məlumatlar verirlər. Mehmanxanalara ulduz dərəcə sertifikatı AZS 745-2015 Dövlət Standartına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 3 il müddətinə verilirbu müddət bitdikdən sonra mehmanxana yenidən müraciət edərək təsnifatdan keçməlidir.

Mədəniyyət.-2016.- 6 iyul.- S.4.