Şəki Dram Teatrı Şamaxıda...

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının kollektivi Şamaxıda teatrsevərlərə Əhməd OrucoğlununOğru” komediyası əsasında səhnələşdirilən eyniadlı tamaşanı təqdim edib.

Əbülfət Salahovun quruluş verdiyi tamaşada düz yoldan yayınan, evlərə qənim kəsilən oğrunun başına gələn əhvalatlardan bəhs edilir. Rolları Əməkdar artist İqrar Salamov, aktyorlar Xanlar Həşimzadə, Brilyant Babayeva, Çinarə Səmədova və başqaları ifa ediblər.

Şamaxı Mədəniyyət mərkəzində nümayiş etdirilən tamaşa teatrsevərlər tərəfindən maraqla qarşılanıb.

...Lənkəran Dram Teatrı isə Cəlilabadda tamaşa göstərib

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası Cəlilabad rayonunda qastrol səfərində olub.

Cəlilabadın mədəniyyət işçiləri Xalq teatrının üzvləri ilə keçirilən görüşdə çıxış edən Lənkəran Dram Teatrının direktoru Tofiq Heydərov rayonun mədəniyyət işçilərinə hamilik etməyə hazır olduqlarını bildiriblər. Cəlilabad Rayon Mədəniyyət Turizm Şöbəsinin müdiri Rəşad Salmanov bu diqqət qayğıya görə kollektivə minnətdarlıq edib.

Sonra Lənkəran teatrının truppası tərəfindən tədbir iştirakçılarına Üzeyir Hacıbəylinin felyeton, pamflet hekayələri əsasında mərhum rejissor, Əməkdar incəsənət xadimi Baba Rzayevin quruluş verdiyiOlanlardan-keçənlərdəntamaşası təqdim olunub. Rolları Xalq artisti Qabil Quliyev, əməkdar artistlər Adil Zeynalov Sücəddin Mirzəyev, aktyorlardan Miraslan Ağayev, Qızılgül Quliyeva, Niftulla Əsgərov, Rauf Zeynalov, Emin Fərzullayev, Hikmət Cəfərov digərləri ifa ediblər.

Qeyd edək ki, “Olanlardan-keçənlərdəntamaşasının premyerası 1985-ci ildə olub. Tamaşanın lent yazısı Azərbaycan Dövlət Televiziyasının fondunda saxlanılır.

Mədəniyyət.-2016.- 6 iyul.- S.5.