Turizmin inkişafına dəstək məqsədilə səyyar sərgi

Şirvan Dövlət Rəsm Qalereyası şəhərdə turizmin inkişafına dəstək məqsədilə Mərkəzi kitabxananın önündə səyyar sərgi təşkil edib. Yay aylarında Şirvan şəhərinə gələn qonaqların, eləcə də şəhər sakinlərinin asudə vaxtını səmərəli təşkil etmək, uşaq və yeniyetmələrin bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyan sərgidə qalereyanın dərnək üzvlərinin 30-dan artıq rəsmi yer alıb.

Müxtəlif mövzuları əhatə edən əl işləri arasında bu yaxınlarda keçirilən Formula 1 yarışlarının Bakı mərhələsinə həsr olunmuş rəsmlər daha çox marağa səbəb olub.

Mədəniyyət.-2016.- 6 iyul.- S.11.