Görkəmli aktrisanın xatirəsi yad olunub

İyulun 1-də Quba rayon Mərkəzi kitabxanasında Azərbaycan teatrkino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Nəsibə Zeynalovanın 100 illik yubileyi münasibətilə “Səhnəmizin qayınanası” adlı tədbir keçirilib.

MKS-nin direktoru Saməddin Nəsirov, Bəşir Səfəroğlu adına rayon Mədəniyyət mərkəzinin direktoru Ramiz Ramazanlı və digər çıxış edənlər unudulmaz aktrisanın həyat və yaradıcılığından söz açıblar. Bildirilib ki, ölkə başçısının 2016-cı il 17 mart tarixli sərəncamına əsasən, sənətkarın yubileyi mədəniyyət müəssisələrində silsilə tədbirlərlə qeyd edilir.

Əməkdar artist Məcnun Hacıbəyov Nəsibə Zeynalova ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Sonda “Nəsibə Zeynalova-100” adlı sərgiyə baxış keçirilib.

Mədəniyyət.-2016.- 6 iyul.- S.14.